Küveytli qadınlar da orduda xidmət edəcəklər

13 Oktyabr 2021 02:22 (UTC+04:00)

Küveytin müdafiə naziri Həməd Cabir Əli əs-Sabah qadınların əmirliyin silahlı qüvvələrində xidmət etməsinə icazə verən fərman imzalayıb.

Bu barədə Küveyt Xəbər Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, erkən mərhələdə qadınlar Küveyt ordusunun tibb və köməkçi hissələrində kiçik zabit və mütəxəssis kimi xidmət edə biləcəklər.