Göyərçini dronla xilas etdilər

13 Oktyabr 2021 02:08 (UTC+04:00)

Elektrik məftillərinə ilişən göyərçin dronla xilas edilib.

Qəribə xilasetmə əməliyyatı Peruda baş tutub.

Quşcuğazın ayağındakı ip məftillərə ilişib. Peru polisi onu xilas etmək üçün qeyri-adi yol seçib.

Bir bıçaq drona bağlanıb və uçurulub. Bununla bıçaqla ip kəsilib.

Yerə enən göyərçin heyvan sığınacağına aparılıb