Serbiya - Azərbaycan oyununda hesab bərabərdir: 1-1

12 Oktyabr 2021 23:56 (UTC+04:00)

Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab dəyişib.

İlk hissəsnin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov tarazlığı bərpa edib.

Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.