"Türkiyəni gözardı edə bilməzsiniz" - ANGELA MERKEL

12 Oktyabr 2021 18:15 (UTC+04:00)

Almaniya kansleri Angela Merkel, Türkiyənin Avropaya qanunsuz immiqrasiya ilə mübarizədə Avropa Birliyi (AB) üçün mərkəzi rol oynadığını ifadə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qüdsdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunu ziyarət edən Merkel Türkiyə ilə bağlı danışıb.

Kansler Merkel Türkiyə ilə bağlı bir suala "Türkiyəni gözardı edə bilməzsiniz. NATO üzvü Türkiyə Avropaya qanunsuz köçlə mübarizədə mərkəzi rol oynayır. Türkiyənin böyük ambisiyaları var və münasibətlərdə bir çox xəyal qırıqlığı var. Əsas mövzularda "münasibət fərqli olsa da, yenə də praqmatik razılaşmalar tapılmalıdır. Bir-birimizlə danışmağa davam etməliyik"-deyə cavab verib. Merkel, xarici siyasət barədə bunları deyib: "Xarici siyasət dəyərlərin və maraqların qarışığıdır. Burada doğru tarazlığı tapmaq böyük bir işdir".