"Sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik” - Hande Harmancı

12 Oktyabr 2021 18:06 (UTC+04:00)

“İkinci doza vaksin qəbul edən insanların sayı 40 faizi keçib. Azərbaycan əhalisinə təşəkkür edirəm. Bunlara görə daha rahat şəkildə, sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik”. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, ÜST və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində xüsusilə tibbi işçilərini qoruyan ləvazimatlar ölkəyə gətirilib: “Həmçinin ağır xəstələr üçün də ləvazimatlar var. Ümid edirik ki, layihənin sonuna qədər texniki dəstək, həm də ləvazimatla bağlı dəstək göstərməyə davam edəcəyik”.