Nigeriyanın Borno əyalətinin qadın məsələləri üzrə komissarı Zuvaira Gambo verdiyi açıqlamada, bir il əvvəl Borno əyalətində Boko Haram tərəfindən qaçırılan 15 qadın və uşağın terrorçulardan xilas edildiyini söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Gambo, hamilə qadın da daxil olmaqla girovların təxminən 6 saat gəzildikdən sonra yerli təhlükəsizlik qüvvələri tərəfindən xilas edildiyini qeyd edib.
Sağ qalanların Borno valisi Babaqana Zuluma təhvil verildiyini ifadə edən Gambo, bu insanların tezliklə ailələrinə qovuşacağını söyləyib.
Son illərdə təşkil edilən əməliyyatlara baxmayaraq, təşkilat Afrikanın ən çox məskunlaşdığı ölkə olan Nigeriyada hələ də ciddi bir təhlükəsizlik problemi yaradır.