Ermənistanda hərbi hissənin ərazisi satılıb

12 Oktyabr 2021 17:44 (UTC+04:00)

Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi Stepanavan rayonu Surb Nşan küçəsində yerləşən hərbi hissənin ərazisini qanunsuz olaraq satıb. SİA-ya xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb. Bildirilir ki, şübhəli, 2008-ci ilin mart ayında, vəzifə mövqeyindən istifadə edərək hərbi hissənin 6 hektardan çox ərazisini 58 milyon drama (təxminən 126 min dollar) satıb. Aprel ayında torpaq mülkiyyəti barədə vətəndaşlara sənəd verilib.

Faktla bağlı Ermənistanın İstintaq Komitəsində cinayət işi açılıb.