Azərbaycana yeni peyvənd gətiriləcək? – Nazir müavini açılqladı

12 Oktyabr 2021 16:14 (UTC+04:00)

Hələki Azərbaycanda dörd növ vaksin istifadə olunur və o da kifayətdir.

SİA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə Azərbaycana yeni vaksin gətirilməsi ilə bağlı suala cavab verərkən deyib.

O qeyd edib ki, əhali üçün kifayət qədər növdə vaksin təqdim edilib: “Hesab edirəm ki, hələ Azərbaycana yeni peyvəndin gətirilməsinə ehtiyac yoxdur”.