Hazırda Azərbaycanda süni nəfəs aparatlarının çatışmazlığı problemi yoxdur. SİA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə deyib.
V.Qasımov bildirib ki, ola bilsin hansısa vaxtlarda hansısa məntəqədə belə bir çətinlik olub: “Amma indi belə bir problem yoxdur. Kifayət qədər, hətta işə salınmamış avadanlıqlarımız da var. İstəməzdik heç tələbat olsun, amma lazım olarsa anbarda olan avadanlıqlardan istifadə oluna bilər”.