Eqolu, yoxsa eqoist olmaq? - ARAŞDIRMA

12 Oktyabr 2021 12:50 (UTC+04:00)

Bugünkü evliliklərdə romantikanın ekvivalenti eqodur. Evlilik birgə həyatdır. İndi iki eqo var. Ailədə qadın eqosu özünü ailənin mərkəzinə qoyan və şəxsiyyət pozğunluğuna səbəb olan bir səlahiyyət sahəsidir. Bu, hegemonluğun qəbul səviyyəsindən asılı olaraq bir münaqişə yaranır və ya gizli bir gərginlik yaşanır. Kişilərin qadınlardan gözləntiləri və tələbləri nəzərə alınmır. Kişi zəifliklərindən ötəri əhatə etdiyi yollardan qaça bilər. Belə evlərdə uşaqlarda narahatlıq və vəsvəsə baş verə bilər. Bəzən mükəmməllikçi hesab edilən bu cür ana münasibəti, əslində, idarəolunmaz eqo terrorudur.

Subaylıq eqosunun evliliyə keçməsi bir növ insan üçün bir fürsətdir. Çünki həyat yoldaşları bir-birlərini sevindirmək üçün empatiya və anlayış nümayiş etdirəcəklər.

Kişinin eqo mərkəzli şəxsiyyəti evdə üstünlük təşkil etdiyi zaman evdə despotizm yaşanır. Bir insanın varlığını evlilik qədər yaşadan bir qurum ola bilməz. Ailə adlanan təşkilat formasının onu təşkil edən şəxslər tərəfindən davamlı olması üçün bir anlayışa ehtiyac var.

Eqonu tərbiyə etmək, onu inkişaf etdirmək, özümüzü digər insanlardan mümkün qədər ayrı tutmaq bizə yaxşı bir şey etdiyimizi hiss etdirə bilər. Ancaq böyük bir eqo sahibi olmaq insanın həyatına çox ağrılar və çiyinlərinə çox yük qoyur. Özünə inam başqa məsələdir ... Özgüvən sağlamdır, eqo dağıdıcıdır. Güclü bir eqonun həyatınıza mənfi təsir etdiyinin 10 sübutu:

1. Böyük bir eqo, mərhəmətli bir insan olmağı qeyri-mümkün edir.

Böyük eqo sahibi insanlar başqalarına güvənmir və həmişə ən pisini onlardan gözləyirlər. Hər kəsin daim ona hücum etdiyinə və bundan başqa bir reallığı dərk edə bilməyəcəyinə inanır. Xarici dünya ona düşməndir.

2. İnsanların səndən üz döndərməsinə səbəb olursan.

Yanınızda insanlar olacaqsa, çox güman ki, sizin üçün yanlış insanlar olacaq. Çünki doğru insanları özünüzdən uzaqlaşdırırsınız. İnsanların böyük əksəriyyəti yaxşı hiss etdikləri insanlarla birlikdə olmaq istəyir. Böyük bir eqo sahibi bir insan həmişə ətrafındakıları mühakimə edir, onlardan daha yaxşı olduğunu sübut etməyə çalışır. Onlar sevgi və ya dostluq kimi anlayışları qavramaqda ciddi problemlərlə üzləşir.

3. Öz inkişafınızın qarşısına daş qoyursunuz.

Eqo yalnız özünüzü dinləməyinizi və öz işinizi görməyinizi istəyir. Əlbəttə ki, bu, bir qədər zəruridir, amma həddini aşmaq ətrafdakı insanların təcrübələrini dinləməmək, insanların tövsiyələrini nəzərə almamaq həddinə çatır. Sadəcə, qəbul etməlisən ki, bəzən bəzi insanlar səndən daha təcrübəli ola və müəyyən mövzular haqqında səndən daha çox şey bilə bilər. Bu tövsiyələri aldıqdan sonra, əlbəttə ki, yenə də bildiyinizi edəcəksiniz, ancaq onları tamamilə bloklamaq bəlkə də uğur qazanmağınıza mane olacaq.

4. İstər-istəməz sevginin həyatınıza girməsini maneə törədirsiniz.

Özünüzü zəifliyə açmadığınız təqdirdə, risk almamağa, rədd edilməkdən qorxmağa, öz şansınızı öz əllərinizlə məhv etməyə başlayırsınız. Sevginin xoşbəxtliklə nəticələnmə cəhdinin ehtimalı 50%olsa da, risk etmədən sıfıra endirirsiniz. Bir sözlə, öz xoşbəxtliyinizin qarşısını alacaqsınız. İnsanların yanınıza gəlməsini gözləyərkən ətrafınızdakı heyrətamiz insanları əldən verməyə davam edirsiniz və özünüzü qorumaq üçün onları alçaltmağa başlayırsınız.

5. Məntiqsiz davranmağa başlayırsınız.

Eqo həmişə haqlı olmaq istəyir. Eqo, insanlarla məntiqli və faydalı bir şəkildə ünsiyyət qurmaq əvəzinə, yalnız düzgün olmaq və ya qalib gəlməkdir. Bu məqsədlə əlinizdən gələni edəcəksiniz. Daha sonra peşman olduğunuz şeyləri edirsiniz, əslində inanmadığınız şeyləri söyləyirsiniz, sadəcə, mübahisəni itirdiyinizi düşünmürsünüz.

6. Sağlam olmayan ambisiyalara və rəqabətə qapılırsınız.

Başqalarının necə olmasının heç bir əhəmiyyəti yoxdur, çünki indi tək şey sənsən. İstədiyin hər şeyi alırsan. Axı əlində olanın qədrini bilmirsən.

7. Hər şeyi çox mühakimə edirsiniz.

Eqo ətrafımızdakı hər kəsi və hər şeyi mühakimə etməkdir. Eqo içimizdəki hər vəziyyətdən şikayət etmək istəyir. Mənliyiniz heç vaxt rahat olmur. Xoşbəxt olmaq çox vaxt mümkün deyil. Sizin üçün müəyyən standartlar qoyur və bu standartlardan kənara çıxdığınızı görəndə mühakimə baxışlarını sizə çevirir.

8. Gündən-günə daha acgöz bir insana çevrilirsən.

Eqo heç vaxt doymur. Həmişə böyümək, daha çox yemək, bütün dünyanı udmaq istəyir. Əlbəttə ki, iddialılıq sağlam bir şeydir, müəyyən dərəcədə insanlara məqsədləri istiqamətində böyük bir motivasiya verə bilər.

9. Həyatınıza lazımsız və gərgin stress əlavə edirsiniz.

Daim hər kəsi çırpıb zirvəyə qalxmağa çalışmaq, hər kəsi və hər şeyi özünüz üçün təhlükə kimi qəbul etmək, daim qazanmağa və udmağa çalışmaq asan iş deyil. Sizə böyük və lazımsız bir stress qoyur, həyatdan zövq almağı və sevgini hiss etməyi çətinləşdirir. Beynində gedən söhbətin əsiri olursan və ətrafını fərq etməkdə çətinlik çəkirsən. Özünüzü xəyal etdiyiniz yerdə heç vaxt tapa bilməyəcəksiniz.

10. Özünüzü bədbəxtliyə məhkum edirsiniz.

Eqo müəyyən bir müddətdən sonra həyatınızı zindana çevirir. Özünüzü qurduğunuz hasarlara həbs edərək sizi sevən insanları qovursunuz. Eqonuzu nəzarət altına almasanız, münasibətləriniz, karyeranız və həyatınız zərər görəcək.

Məsələ ilə bağlı psixoloq Zeynəb Eyyubovanın sözlərinə görə, eqo, əslində mənlik anlamını verir: "İnsanın davamlı surətdə özünü ortaya qoyması, öz özəlliklərini yüksəltməsi və özünü sübut etmə qayğısıdır. Eqo hər insanda olan ancaq bəzi insanlarda, hətta xəstəlik dərəcəsinə gəlib çatan psixoloji bir durumdur. Mənlik anlamına gələn eqo qavraması, əslində, hər insanın mənliyində, özündə, özəlliyində olan və bəzilərində, sadəcə, eqoizm həddinə çataraq kontroldan çıxma durumudur.

Sağlam xarakterli bir insan öz eqosunu kontrol altında saxlaya bilir və eqoizm davranışlara gətirib çıxarmır. Eqonun özü “mən” ilə başlayan bütün cümlələrdir. Bir insanın mən ilə başlayan bütün cümlələri yəni, əgər həddindən artıq çoxdursa, artıq bu, eqodur. İnsanın ruhsal aləminin ən təməl üçlüsü, alt şüur, eqo, mənlikdir”.

Psixoloq Vüsalə Əmiraslanova isə fikirlərini bu cür ifadə edib: “Eqolu olmaqla, eqoist olmaq eyni deyil. Əslində, eqo haqqında çox yanlış təsəvvürlər yaranır. Tam psixoanalizə baş vursaq, psixoanalizdə eqo pis deyil, yəni, eqo mənliyimdir, mənim özümdür. Sadəcə, eqonu hərəkətə gətirən müəyyən kənara çıxmalar var.

Eqonu sıxan nədir?

Ətraf nə deyər, kənar nə deyər, onların düşüncəsi, xüsusi qaydalar, qanunlar var ki, eqonu sıxır və eqo özünü tam olaraq göstərə bilmir və yaxud da ki, onun tələbatları, istəkləri, qorxuları var o da eqoya təsir edir. O zaman eqo artıq özü kimi yox, başqa bir kəs kimi olur.

Eqoist insan, əslində, nə deməkdir?

Eqoistlik böyüdülmüş şəraitdən asılıdır və bizim xarakterimizə bağlı ola bilir. Eqoist insanlar çox vaxt ailədə tək böyüyən uşaqlarda olur və yaxud da daim kiminsə yanında əzilir, o uşaq böyüdükcə görür ki, onun istəkləri daha önə çıxır, amma yanındakılar daha çox əzilir. Belə olan halda uşaqlarda eqoizm formalaşa bilir və böyüdükcə eqoist insanlar artıq nartist insanlara çevrilirlər, özlərindən başqa heç kəsi düşünmürlər, ancaq özlərinin istədikləri olsun istəyirlər.

Eqoist insanlar, eqolu yox, sırf eqoist insanlardan olan xanımlar ailədə, münasibətdə çox problem yaşayırlar, öz istədikləri olmayanda böyük skandallar, davalar çıxarırlar. Hətta tez-tez küsüb evdən getmələr yaranır.

Bəylər də, həmçinin, öz istəkləri olmayanda evdə problemlər yaradır, evə gəlmir, öz istədiyini etdirməyənə qədər hikkəsindən əl çəkmirlər. Eqolu olmaq eqoist olmaqla eyni deyil. Ümumiyyətlə, eqolu sözü yoxdur, eqo var, eqoist insan var. Eqo, əslində, yaxşı bir şeydir. Mənim özüməm, ona kənar təsirlər olmasa eqo özünü normal şəxsiyyət kimi göstərə bilir. Eqoda problem yaranırsa, deməli, şəxsiyyətdə problem yaranır. Şəxsiyyətində problem yaranan insanlarda da eqoistlik, narsistlik və s. problemlər yarana bilir”.


Psixoloq Ləman Rzayeva
isə məsələnin bu yanlarına toxunub: “Yəqin ki, hər birimizin kollektiv olaraq çəkdirdiyi şəkillər olub. Bəs, bu şəkili görərkən ilk kimə baxırıq desəm, çox güman 95 faizimiz "özumə" deyə cavab verəcək. Bu çox normal reaksiyadır və məhz eqodur.

Əslində Eqo hər birimizin şəxsiyyətimiz formalaşması ilə daxilən sahib olduğumuz bir anlayışdır, bizi fərddən şəxsiyyətə aparan ,cəmiyyətdə özümüzü, "mən"imizi formalaşdıran eqodur. Belə ki biz nə ediriksə yaşamaq üçün çalışırıq, yemək yeyirik, təhlükədən qaçırıq, qorunuruq, mübarizə aparırıq, varlığımızı göstəririk , sosial bir varlıq olaraq cəmiyyətdə varlığımızı sübut etmək seçilmək istəyirik. Bir növ cəmiyyətdəki yaşam üçün mübarizəmiz eqomuzdan gəlir. Bu sağlam münasibətdir.

Bəs nə zaman Eqonun çoxlugu artıq sayılır? O sərhəd harda qoyulur?
Egoizm artıq şəxsin öz "Mən" ini seçilib fərqlənməkdən çox hər kəsdən üstün gördüyü anda ortaya çıxır. Qazanmaq üçün, istəklərinə nail olmaq üçün hər bir addımı atmağa hazır olduqda, düşündüyü yalnız özü olduqda artıq bu psixoloji bir hal almağa başlayır.

Empatiya hissinin azalması dünyada yalnız özünün var olduğunu düşünmək heç də sağlam bir düşüncə tərzi deyil. Egonun özümüzü müdafiə reaksiyamız olduğunu anladıq. Bəs “eqoizm nədir?” desək. Eqoizm özündən başqa heç kimin müdafiəsini nəzərə almamaqdır. Eqoist insanlarda arzu, istəkləriniz kontrol etməkdə çətinlik çəkər, və dünyanın mərkəzində yalnız o olduğunu düşünər. Eqoizm istər şəxsi, istər sosial münasibətlərdə öz mənfi təsirini göstərir. Münasibət, qarşılıqlı hörmət, anlayış olarsa davam edə biləcəyi üçün eqoist insanla belə bir münasibət qurmaq mümkün deyil. Çünki, eqoistlərin belə bir anlayış və qarşılıqlı mənfəətlə irəliləmək kimi bir istəyi, düşüncəsi yoxdur. Çünki eqoizm çox vaxt hansısa bir formada da özünü göstərir. Məsələn, narsist insanların ən təməl xüsusiyyətləri eqoizmdir, ancaq öz mənfəətlərini düşünən, hər zaman haqlı olan, istənilən mübahisədən özünü düzgün çıxaran, üzr istəməyi bacarmayan əksinə hər zaman "doğru" olduğu üçün üzr gözləyən şəxsləri görmüşük yəqin. Mən, bir psixoloq olaraq sizlərə kiçik bir məsləhətim olardı ki bütün bu terminlərdən, etiketlerden çıxaraq, nə özümüzə, nə qarşımızdakı heç bir insana etiket yapışdırmayaq. Eqo da, eqoizm də, narsistlik, hətta son zamanlar məşhur olan özgüvən də, bütün bunlar sadəcə terminləri yaşadığımız həyatda hər kəs müxtəlif cür hadisələr yaşayır hər kəs müxtəlif cür həzm edir, müxtəlif halda reaksiya verir. İstər özümüzü, istərsə də qarşıdakı insanı təhlil edərkən bütün etiketlerden uzaq bir insan olaraq anlamaq və yaşadıqlarımızın hər birimizə öyrətmək istədiklərini anlamalıyıq.
Hər kəsə sağlam həyat arzulayıram”.

Ayşən Vəli