Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq

12 Oktyabr 2021 12:01 (UTC+04:00)

Bakının Yasamal rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq. Bu barədə SİA-ya "Azərsu" ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 12 oktyabr 2021-ci il tarixində Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.