"Twitter" istifadəçilərinə yeni özəlliyini təqdim edib

12 Oktyabr 2021 11:43 (UTC+04:00)

"Twitter", izləyiciləri bloklamadan birbaşa silmək xüsusiyyətini təqdim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, özəllik hələki yalnız internetdə mövcuddur. İzləyicilərinizdən hər hansı birinin sizi izləməsini istəmirsinizsə, aşağıdakıları yerinə yetirməlisiniz:

Profildən "İzləyicilər" seçiminə daxil olaraq izləyicilərinizin siyahıya alındığı səhifəyə keçin, izləyicilərinizdən silmək istədiyiniz bir istifadəçinin yanındakı elipsə basın. Açılan menyuda "Bu izləyicini sil" düyməsini basın, "Twitter"in izləyicilərini silmə xüsusiyyəti yalnız veb versiyasında işləyir. Xüsusiyyətin yaxın vaxtlarda mobil tərəfə keçəcəyi gözlənilir.

Rüqəyya Orucova