Yeməklərində istifadə edilən bənövşəyi soğanın faydaları saymaqla bitmir. Ancaq bu tərəvəzin o qədər faydası var ki, heyrətləndirir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bənövşəyi soğan suyu ürəyi gücləndirir. Daşıdığı esterlər qanın laxtalanmasının qarşısını alır. Təzə doğranmış soğanı arı sancdığı bölgəyə sürtsəniz ağrıları aradan qaldırar və şişkinliyi önləyər.
Soğanın müntəzəm istifadəsinin prostat xərçəngi riskini azaltdığı deyilir. Eyni təsirin mədə və döş xərçəngi üçün də keçərli olduğu ifadə edilir. Çox incə doğranmış soğan süddə qaynadıldıqdan sonra qarın ağrısı və mədə qanamasına qarşı içilir. Roma İmperatoru Nero və ABŞ-ın sabiq prezidenti Corc Vaşinqtonun soyuqdəyməyə qarşı soğan qəbul etdiyi məlumdur. Soğandakı yağın insulin kimi hərəkət etdiyi və qan şəkərini aşağı saldığı bilinir. Soğanın tərkibində bronxit, şəkərli diabet, astma və alzaymer üçün faydalı olduğu söylənən antioksidantlar var.
Rüqəyya Orucova