Kanadada, Britaniya Kolumbiyasının cənub-şərqinə meteorit düşüb. Bu barədə “Victoria News” saytı xəbər verir.
Qeyd edək ki, meteorit şəxsi evlərdən birinin damına düşərək onu sındırıb. Hadisə Golden şəhərində baş verib. Evin sahibi Rut Hamiltonun dediyinə görə, yüksək səsdən oyanıb… və yanında bir daş görüb. Təbii ki, daşın meteorit olduğu sonradan müəyyənləşib. Maraqlıdır ki, daş qadının yatdığı yaştığın bir neçə santimetrliyinə düşsə də amma ona xəsarət yetirməyib.
Hazırda qadın möcüzəvi şəkildə xəsarət almadığını bildirir. “Həyat qiymətsizdir və biz yatağımızda təhlükəsiz olduğunuzu düşünsək də, amma unutmaq olmaz ki, o adi bir təsadüf nəticəsində də bitə bilər”. Bunu təsadüf nəticəsində sağ qalan Hamilton bildirib.
Ağasəf