Maher Zain İstanbulda konsert verib

11 Oktyabr 2021 23:02 (UTC+04:00)

Livan əsilli isveçli müğənni Maher Zain İstanbulda heyranları ilə bir araya gəlib. SİA bu barədə xarici mətbuata istinad edir.

"Thank You Allah", "Forgive Me", "Ya Nabi Salam Alayka" ve "Maşaallah" adlı əsərləri ilə tanınan Maher Zain Esenler Dörtyol Meydanında keçirilənkonsert proqramında ingilis, ərəb və türk dillərində mahnılar səsləndirib.

Təxminən 90 dəqiqə mahnılarını səsləndirən sənətçi "Ramazan", "Assubhu Badaa", "Raditu" və ""For The Rest Of My Life" kimi mahnıları da ifa edib.

Konsertdən əvvəl "Anadolu" agentliyinə açıqlama verən Zain Türkiyəni çox sevdiyini ifadə edib, "Türkiyə mədəniyyəti, yeməyi, musiqisi, hər şeyi ilə həqiqətən sevdiyim bir ölkədir. Burada çoxlu dostlarım var, dəfələrlə burada olmuşam. Türkiyə üçün çox dua edirəm" deyib.

Türk musiqisini sevdiyini və çox sevərək dinlədiyini ifadə edən Zain İbrahim Tatlısəsi çox sevdiyini və bu yaxınlarda idman edərkən zövqlə "Kara tren" xalq mahnısını dinlədiyini söyləyib.

Ötən Ramazanda İstanbulda klip çəkdiyini xatırladan Maher Zain yeni mahnısına Konyada klip çəkəcəyini qeyd edib.