Uçuş hava şəraitinə görə təxirə salınır

11 Oktyabr 2021 22:51 (UTC+04:00)

Məşhur amerikalı aktyor Vilyım Şatnerin kosmik gəmisi ilə kosmosa səyahəti hava şəraiti ilə əlaqədar oktyabrın 13-nə təxirə salınıb. SİA bu barədə xarici mətbuata istinad edir.

Aerokosmik araşdırma şirkəti “Blue Origin” şirkəti tərəfindən yayılan açıqlamada hava şəraitinin oktyabrın 12-də küləkli olacağı gözlənildiyi üçün "New Shepard"ın fırladılma tarixinin 13 oktyabr tarixinə təxirə salındığı bildirilib.

90 yaşlı amerikalı aktyor Vilyım Şatner kosmosa gedən ən yaşlı insan olacaq.

Amazon texnologiya şirkətinin qurucusu Cef Bezos "Blue Origin" şirkətinin hazırladığı kosmik gəmi ilə 20 iyul tarixində 106 kilometr yüksəkliyə qalxaraq kosmos səyahətini də həyata keçirdi.