“Tik-Tok” trendinə görə əlil müəllimini xəstəxanalıq etdi

11 Oktyabr 2021 22:35 (UTC+04:00)

ABŞ -ın Luiziana ştatında baş verən hadisə qan dondurub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Tik-Tok”da “müəllimini şillələ” trendinə qoşulmaq istəyən gənc, 64 yaşlı əlil müəllimini döyərək xəstəxanalıq edib.

Dostları sinifdən çıxandan sonra Cekson müəlliminin yanına gedib. Dostları uzaqdan Ceksonu çəkərkən təcavüzkar birdən -birə müəlliməsini dəfələrlə yumruqlamağa başlayıb.

Yaşlı qadın aldığı zərbələrdən sonra müalicə üçün xəstəxanaya aparılıb. Cekson polis tərəfindən tutularaq həbsxanaya göndərilib.

Rüqəyya Orucova