Pikassonun gizli rəsm əsəri ortaya çıxdı

11 Oktyabr 2021 21:39 (UTC+04:00)

Pikassonun bir əsərin altında qalaraq silinən şəkli süni zəka sayəsində 118 il sonra tarixə gətirilib. 118 il sonra, süni intellekt “Kor adamın səhər yeməyi” (1903) tablosunun altında “Çılpaq Qadın” ı kəşf edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tarixin ən böyük sənətçilərindən olan ispan sürrealist rəssam Pablo Pikasso, həyatının əhəmiyyətli bir dövründə yoxsulluqdan əziyyət çəkib. O qədər ki, rəsm üçün materiallar ala bilməyib. Kətan baha olduğu üçün eyni kətanda birdən çox şəkil çəkib. Bu rəsmlərdən biri 1903-cü ildə çəkdiyi "Kor adamın səhər yeməyi" tablosunun altında tapılmışdır. İngiltərənin College London Universitetindən olan mütəxəssislər, rəsmin altındakı artefakı açmaq istəyirdilər. Bunun üçün süni intellektdən istifadə edilib.

​X-ray, süni intellekt və üç ölçülü printer texnologiyaları bir araya gətirilib. Onun köhnə rəsmləri rentgenlə çəkilib. Pikassonun əvvəlki əsərlərində istifadə etdiyi fırça texnikası və rəng ölçüsünün alqoritmi süni intellekt proqramına yüklənib. Fırçalar 3D printerin köməyi ilə süni intellektin əmrlərini yerinə yetirdi. Bu yolla tarixdən silinmiş Pikassonun "Çılpaq qadın"ı ortaya çıxıb. Ölümündən 48 il sonra və çəkilməsindən 118 il sonra bir Pikasso əsəri dünyaya gətirilib.

​Pikassonun 21 yaşında olduğu 1901 -ci ildən 1904 -cü ilə qədərki əsərləri “Mavi dövrə” uyğundur. Yoxsulluqdan əziyyət çəkən və dostunun intiharından sarsılan Pikassonun əhval-ruhiyyəsi əsərlərində də öz əksini tapmışdır. O, əsasən melanxolik, tutqun rəsmlər çəkib.

Rüqəyya Orucova