İtaliyada yeni dövr başlayır

11 Oktyabr 2021 21:10 (UTC+04:00)

Koronavirus epidemiyasından ən çox təsirlənən ölkələrdən biri olan İtaliyada normal həyata qayıdış başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, imkanları məhdudlaşdırılan teatr, kino və mədəni fəaliyyətlərin keçirildiyi yerlər bu gündən etibarən tam gücü ilə xidmət göstərəcək.

Epidemiya hadisələrinin sayının azalmasının davam etdiyi ölkədə, sosial həyatda normala dönmək üçün addımlar davam edir. Nazirlər Kabinetinin 8 oktyabr tarixində aldığı və 9 oktyabrda rəsmi qəzetdə dərc olunan qərarı ilə teatr, kino və mədəni fəaliyyətlərin keçirildiyi yerlər bu gündən etibarən tam gücü ilə xidmət etməyə başlayır. Eyni qərarla, gecə klubları və diskotekalar kimi əyləncə məkanlarının qapalı yerlərdə yüzdə 50, açıq yerlərdə isə yüzdə 75 faizlə yenidən açılmasına qərar verilib.

​Stadionlarda tamaşaçı tutumu 50 faizdən 75 faizə qaldırılacaq. Sözügedən yerlərə aparılacaq tamaşaçıların, epidemiya ilə mübarizə çərçivəsində xaric edilənlər, peyvənd edildiyini və ya sınaqdan keçirildiyini və ya bu yaxınlarda COVID-19-dan sağaldığını təsdiq edən "Yaşıl Keçid" sertifikatına ehtiyacı olacaq.

Koronavirus Elmi-Texniki Komitəsi də hökumətə teatr və kinoteatrların tutumunu 80 faizə çatdırmağı tövsiyə edib. İtaliyada epidemiyanın başladığı 2020-ci ilin fevral ayından bu yana 131 min 228 nəfər ölüb və ümumi yoluxma sayı 4 milyon 695 min 291-ə çatıb.

​İtaliyada koronavirusa qarşı peyvənd edilən 12 yaşdan yuxarıların nisbəti yüzdə 80,04 faiz idi. İtaliyada yeni dövr bu gün başlayıb. 27 dekabr 2020-ci ildə COVID-19-a qarşı geniş yayılmış peyvənd kampaniyasının başladığı ölkədə dünəndən etibarən 86 milyon 201 min 755 doza peyvənd vurulub. Peyvəndləri tamamlananların sayı 43 milyon 229 min 551 -dir.

Rüqəyya Orucova