Koronavirus peyvəndində yeni yan təsirlər nələrdir?

11 Oktyabr 2021 21:05 (UTC+04:00)

2019-cu ilin son günlərində həyatımıza daxil olan koronavirus planetimizin bir nömrəli ümumi gündəmi olmağa davam edir. Virus son zamanlar öz variantları ilə can almağa davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Hindistanda ortaya çıxan və “Delta” adlanan Covid-19 növü bütün dünyada yayılmağa və yoluxmaların sayını artırmağa davam edir. Nəticədə, bir çox ölkələr son zamanlarda əlavə dozalar haqqında qərar qəbul ediblər.

​Bu qərardan sonra, bir çox ölkələrin Səhiyyə Nazirliyi səlahiyyətliləri, elm adamları və həkimləri peyvəndlərdə görülən yan təsirləri açıqlayaraq, cəmiyyətə “qorxulu təsiri yoxdur” mesajını veriblər.

​Bununla birlikdə, ABŞ-da yan təsir müzakirələrinə yenisi əlavə edilib. Ölkədə bir çox insan peyvənd edildikdən sonra limfa düyünlərinin şişməsi şikayəti ilə həkimə müraciət edib. Həkimlərlə görüşən “CNN International” bu vəziyyətin normal olduğunu oxucuları ilə paylaşıb. Xəbərlərdə görüşə qatılan həkim, "Vaksindən yaranan limfa düyünləri müvəqqəti, zərərsizdir və peyvəndin işlədiyinə işarədir" deyib.

Rüqəyya Orucova