Laçın polisi silah-sursat aşkarlayıb

11 Oktyabr 2021 14:47 (UTC+04:00)

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının təhkim olunduğu Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilən növbəti tədbirlər zamanı tərk edilən hərbi mövqelərdən 1 avtomat, 3 müxtəlif növ pulemyot, 9 əl qumbarası, 11 avtomat darağı, 1 minaatanın nişangah qurğusu və 3500 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.