Haşimota xəstəliyi nədir?

11 Oktyabr 2021 12:32 (UTC+04:00)

Haşimota xəstəliyi immunitet sistemimiz, boynumuzdakı tiroid bezinə hücum edərkən meydana gələn bir xəstəlikdir. SİA xarici mətbuata istinadən bildirir ki, bu vəziyyət tiroid bezinin iltihabına səbəb olur və uzun müddətdə kifayət qədər tiroid hormonu ifraz olunmur. Tiroid bezi boynumuzda qalxan şəklində hormon ifraz edən bir toxumadır. Bu toxuma, T3 və T4 tiroid hormonlarının istehsal edildiyi və ifraz olunduğu yerdir. Haşimota xəstəliyi xroniki lenfositik tiroidit kimi də tanınır. Tiroid hormonu çatışmazlığının (hipotiroidizm) ən çox yayılmış səbəbi Haşimota xəstəliyidir. Əsasən orta yaşlı qadınlara təsir etsə də, hər yaşda olan kişilərdə və ya qadınlarda görülə bilər.

Bəs, haşimota xəstəliyinin ilkin göstəriciləri hansılardır?

1. Halsızlıq
2. Yorğunluq
3. Qəbizlik
4. Dərinin qalınlaşması
5. Saç tökülməsi
6. Tez üşümək
7. Depressiya
8. Dırnaq qırılması
9. Dilin böyüməsi
10. Kökəlmək
11. Unutqanlıq

Haşimota xəstəliyinin risk faktorları hansılardır?

Cinsiyyət: Qadınların Haşimota xəstəliyinə yoluxma riski daha yüksəkdir.

Yaş: Haşimota xəstəliyi orta yaşda daha çox görülür.

Radiasiya məruz qalması: Həddindən artıq ətraf mühit radiasiyasına məruz qalma Haşimota xəstəliyi riskini artırır.

Haşimota xəstəliyinin müalicəsi nədir?

Haşimota xəstəliyinin müalicəsi yalnız nəzarət və ya dərman qəbul etməyi əhatə edə bilər. Hormon çatışmazlığı ilə bağlı hər hansı bir nəticə əldə etmirsinizsə və tiroid beziniz normal fəaliyyət göstərirsə, həkiminiz yalnız nəzarəti etməyi məsləhət görəcək. Həkiminiz levotiroksin başlamağı məqsədəuyğun hesab edərsə, hormon balansınız bərpa olunana qədər 6-8 həftə aralığında nəzarət etməyi tövsiyə edə bilər. Ürək xəstəlikləriniz və həddindən artıq hipotiroidizminiz varsa, hormon balansınız daha yavaş planlaşdırıla bilər, əks halda ürək xəstəliklərinin pisləşmə riski arta bilər. Bundan əlavə, levotiroksin həddindən artıq dozası sümük mineral itkisinə və osteoporoza səbəb ola bilər. Müvafiq dozada istifadə edildikdə, levotiroksinlə əlaqəli demək olar ki, heç bir yan təsir görülmür. Həkiminizin tövsiyə etdiyi dərmanı hər gün istifadə etmək çox vacibdir. Bəzi dərmanlar levotiroksin ilə qarşılıqlı təsir göstərə biləcəyi üçün istifadə edəcəyiniz əlavə dərmanları mütləq həkiminizlə paylaşmalısınız. Hashimoto xəstəliyi və digər tiroid xəstəlikləri düzgün idarə edildikdə, həyat keyfiyyətinizə təsir etmədən nəzarət altında saxlanıla bilər.

Abutel İsmayıllı