"Bakıdakı tıxaclarla bağlı lazımı tədbirlər görülməlidir" - DEPUTAT REAKSİYA VERDİ

11 Oktyabr 2021 11:30 (UTC+04:00)

"Bakıda tıxaclarla bağlı böyük problemlər yaşanır. Bu insanların həyatında böyük vaxt itkisinə səbəb olur". SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, məktəblər açıldıqdan sonra bu problem daha da böyüyüb: “Adiyyatı qurumlar bu məsələnin həlli ilə əlaqədar hansı işlər gördüyü barədə hesabat verməlidir. Digər ölkələrdə bu işlə məşğul olan qurumlar altı ay əvvəldən görəcəkləri işlə bağlı məlumat verirlər".

F.Mustafa vurğulayıb ki, Bakı yetəri qədər yüklənmiş şəhərdir: "Lakin bunun əziyyətini vətəndaşlar çəkməməlidir”.