Həkimləri daşıyan təyyarə qəzaya uğradı

10 Oktyabr 2021 10:12 (UTC+04:00)

Boliviyada tibb işçilərini daşıyan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. SİA xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Ribelta şəhərində qeydə alınıb.

Qəza nəticəsində 2-si pilot, 4-ü tibb işçisi olmaqla, 6 nəfər həlak olub. Hadisənin başvermə səbəbi açıqlanmır. Ölkənin Hava Qüvvələrinin Aviasiya Qəzalarını Araşdırma Komitəsi qəza ilə bağlı təhqiqata başlayıb.