Rusiyada neft ehtiyatları bazasında yanğın...

10 Oktyabr 2021 01:55 (UTC+04:00)

Moskva yaxınlığında yerləşən Ruza şəhərində neft ehtiyatları saxlanılan bazada yanğın baş verib.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Yanğının söndürülməsinə 4 texnika, 16 nəfərdən ibarət şəxsi heyət cəlb edilib.

Qərargahının mətbuat xidməti yanğının 300 kvadratmetr sahədə lokallaşdırıldığını bildirib.