Prezident yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub

9 Oktyabr 2021 16:33 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri çərçivəsində 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.