Google axtarış nəticələrinə gitara akkordu qoydu

9 Oktyabr 2021 15:25 (UTC+04:00)

“Google” axtarış nəticələrinə gitara akkordu alətini də əlavə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, istifadəçilər “Google”da “google tuner” axtararkən istədikləri alətlər çubuğundan faydalana biləcəklər.

Həm mobil, həm də masaüstündə olan alət, cihazların mikrofonlarından istifadə edərək gitaranı nizamlamağa imkan verir. "Google" tərəfindən göstərilən istiqamətlər ilə lazımi parametrlər tez yerinə yetirilə bilər.

Çox faydalı görünən alət, bu proses üçün xüsusi aparat və ya əlavə tətbiq ehtiyacını ortadan qaldırır.

Ruqəyya Orucova