Mənzildə qaz partlayışı nəticəsində faciə baş verib UŞAQ ÖLÜB

9 Oktyabr 2021 14:36 (UTC+04:00)

Tümen vilayətində bir mənzildə qaz partlaması nəticəsində uşaq ölüb. SİA xıbır verir ki, bu barədə İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsi məlumat yayıb.

Məlumata görə, faciə oktyabrın 8-də Omutinsky rayonunun Sitnikovo kəndinin Mira küçəsində yerləşən qazanxanada baş verib.

Qeyd olunur ki, hadisə ilə bağlı cinayət işi başlanıb. Hazırda hadisə yerində müstəntiqlər və təcili yardım işçiləri işləyirlər.