Alimlərin bordercollie cinsi olan 6 itin oyuncaqların adlarını öyrənmə qabiliyyətini araşdıraraq, bəzilərinin öyrəndiyi 100-dən çox adı 2 ay unutmadıqlarını qeyd ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, araşdırma nəticəsində məlum olub ki, 1 həftə ərzində 12-ə qədər yeni oyuncaq adı öyrənən itlər bu adları 2 ay hafizələrində saxlayıb.
Araşdırmaya qatılan itlərin Macarıstandan Max, Braziliyadan Gaia, Hollandiyadan Nalani, ABŞ -dan Squall, Norveçdən Viski və İspaniyadan Riko olduğu öyrənilib. İtlər araşdırmada iştirak etmək üçün 28-dən çox oyuncağın adını bildiklərini sübut etməli olublar.
Abutel İsmayıllı