"Atan nə işləyir?" sualına verdiyi cavabı gündəm oldu

8 Oktyabr 2021 20:33 (UTC+04:00)

Türkiyəli aparıcı Armağan Çağlayanın televiziya verilişinə qonaq olan Türkiyənin tanınmış aktyoru Tamer Karadağın "atanız nə işləyir" sualına verdiyi cavabı gündəm olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məıumata görə, karadağlı atası haqqında "Atam düşünürdü və oxuyurdu. Atam maraqlı bir adam idi. Qarsdan olan 7 qardaş ailənin ən kiçiyi idi. Musiqini və sənəti ən çox sevən adam idi. O, böyük bir ailənin balaca şıltaq uşağı kimi idi. 1960-1961-ci illərdə Türkiyənin səsli kralı, Bilardo Çempionu olmuşdu. İşləmirdi amma pul yeyirdi. Atamdan şiddət görməmişəm, anam daha avtoritar və intizamlı qadın olub” dedi.

Aytac Əliyeva