Saxta içkidən 18 nəfər ölüb

8 Oktyabr 2021 19:17 (UTC+04:00)

Rusiyanın Orenburq vilayətinin şərqində 36 nəfər saxta spirtdən zəhərlənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu adamlardan 15-i xəstəxanada müalicə alarkən, 18-i isə ölüb. Saxta spirt istehsalı və satışı ilə məşğul olan 6 şübhəli saxlanılıb. Hadisə ilə bağlı istintaq başladılıb.