Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun press-attaşelərinin Şuşa şəhərinə səfəri başlayıb.
SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsindəki paylaşımda deyilir.
“Azərbaycanın mədəniyyət paytaxtında maraqlı proqram keçiriləcək. Bura görməli yerlərə gəzinti, yenidənqurma işləri ilə tanışlıq, Cıdır düzündə xalq musiqisini dinləmə daxildir”, - paylaşımda deyilir.