YAP Qazax rayon təşkilatının fəalları şəhidlərin məzarlarını ziyarət ediblər - ANIM

8 Oktyabr 2021 10:14 (UTC+04:00)

YAP Qazax rayon təşkilatı Vətən müharibəsinin şəhidləri Məmmədov Əvəz Elnur oğlunun və Məmmədov Məhəmməd Zakir oğlunun şəhid olmalarının ildönümü ilə əlaqədar məzarlarını ziyarət edib, önünə gül dəstələri düzmüşlər. Daha sonra hər iki şəhid ailələrində olmuşlar. Şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Rəfiqə