İranda 4 bal gücündə zəlzələ baş verib

7 Oktyabr 2021 23:11 (UTC+04:00)

İranın Xuzestan əyalətində zəlzələ baş verib.

SİA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar əyalətin Qəle Xacə bölgəsində 4 bal gücündə qeydə alınb.

Zəlzələnin ocağı 8 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.