Təyyarə niyə təcili olaraq Trabzona enib?

7 Oktyabr 2021 17:41 (UTC+04:00)

Cəzirə aviakompaniyasının Küveytdən uçan bir təyyarəsi, göyərtədə bomba olduğu bildirildikdən sonra Türkiyənin şimal -şərqində, Trabzon şəhərinə enib. SİA xəbər verir ki, CNN Türk telekanalı cümə axşamı günü bu barədə məlumat yayıb.

Telekanalın məlumatına görə, sərnişinlər təxliyə edilib, mütəxəssislər mümkün partlayıcı qurğunu tapmaq üçün təyyarəni axtarıblar.

Sonradan məlum olub ki, bomba ilə bağlı xəbər yalan imiş.

"Trabzona enən təyyarənin göyərtəsindəki bomba xəbərdarlığının yanlış bir həyəcan siqnalı olduğu ortaya çıxıb", deyə aviakompaniya məlumat verib.