Göz layneri çəkə bilməyənlərə şad xəbər: Yapışqan göz layneri modası gəldi

7 Oktyabr 2021 16:59 (UTC+04:00)

"İnstaqram"ın son tendensiyası olan etiket göz layneri, göz makiyajına əhəmiyyət verənlərin marağına səbəb olub. Modada yenilik edən adlardan biri də məşhur sima Hailey Bieber-dir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, küçə stili fenomeni ABŞ modeli 24 yaşlı Hailey Bieber göz qapaqlarında hologram rəngli modaya başlayıb. Bu makiyaj, çəkilmiş bir qələm təəssüratı yaradan hazır yapışdırıcılarla əldə edilir.

Bir çox insanlar rəngli göz makiyaj modasının qısa müddətli olacağını düşünürdü. Hologramik etiket göz layneri ilə bu rəng trendi qalıcı görünür. Bir çox növə malik olan etiketlər göz layneri çəkməkdə çətinlik çəkənlərin köməyinə gəlir. Etiket göz layneri son dərəcə praktik və qalıcıdır. Etiket göz layneri istifadə etmək çox sadədir. Kağızdan çıxarıb göz qapaqlarınıza qoyursunuz. Göz layneri ilə yanaşı, müxtəlif formalı digər stikerlərlə göz makiyajınıza fərqli rənglər əlavə edə bilərsiniz. Üstəlik, fərqli dizaynları sınamaq mümkün olur.

Rüqəyya Orucova