Ev heyvanları zehni sağlamlığınızı necə yaxşılaşdıra bilər?

7 Oktyabr 2021 18:05 (UTC+04:00)

Onların sakit davranışı hamımızı emosional və şən etmək üçün kifayətdir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ev heyvanınızla səmərəli vaxt keçirmək, həyatınızdakı bütün mənfilikləri unutmağa və enerjinizi müsbət bir şeyə yönəltməyə kömək edir. Bir çox ev heyvanı, psixi sağlamlıq problemlərinin öhdəsindən gəlməyə böyük töhfə verə biləcəyindən xəbərsizdir. Sevdiyiniz ev heyvanlarının zehni sağlamlığınızı necə yaxşılaşdıra biləcəyini öyrənək.

Ev heyvanları fiziki fəallığınızı artırır

Bir ev heyvanınız varsa, müntəzəm gəzintilərə ehtiyacları olduğunu bilirsiniz. Onları gəzintiyə çıxarmaq, onlarla fiziki fəaliyyətlə məşğul olmaq üçün vaxtınız ola biləcəyi deməkdir. Bu, sağlamlığın qorunmasına və ev heyvanının sağlamlığının yaxşılaşmasına kömək edir. Öz növbəsində ruhi sağlamlığınıza sakitləşdirici təsir göstərir.

Ev heyvanları stresi azaldır

Əksər insanlar ev işləri, ofis işləri və s. daxil olmaqla gündəlik fəaliyyətlər nəticəsində böyük stress yaşayır. Araşdırmalar göstərir ki, ev heyvanları insanı stresdən azad edir. Onlarla oynamaq, hətta yanında oturmaq da böyük bir sakitlik hissi verir və eyni zamanda onları çox rahatlaşdırır. Ev heyvanlarının insan psixikasına müsbət bir şəkildə böyük təsir göstərdiyi sübut edilib.

Ev heyvanları böyük bir rahatlıq və istirahət mənbəyidir. Mütəxəssislər sübut etdilər ki, onların mövcudluğu insanların depressiya və narahatlıqla mübarizə aparmasına kömək edə bilər. Onlarla vaxt keçirmək, daha yaxşı hiss etmələrinə kömək edən xoşbəxtlik hormonlarını ifraz edir.

Rüqəyya Orucova