Sənaye və texnologiya sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirmək və dərinləşdirmək məqsədi ilə Türkiyə ilə Qırğızıstan arasında müqavilə imzalanıb. . SİA bu barədə türk mətbuatına istinad edir.
Sözügedən müqaviləni sənaye və texnologiya naziri Mustafa Varank və Qırğızıstanın energetika və sənaye naziri Doskul Bekmurzaev imzalayıblar.
Nazir Varank paytaxt Ankarada Nazirlikdə keçirilən görüşlərdə avqust ayında Qırğızıstanın müstəqilliyinin 30 illik yubileyinin keçirildiyini xatırladaraq, Türkiyənin bu müstəqilliyi tanıyan ilk ölkə olduğunu söyləyib.
O vaxtdan bəri Qırğızıstanla əlaqələri gücləndirmək və qarşılıqlı iqtisadi maraqları artırmaq üçün çalışdıqlarını ifadə edən Varank "İnanıram ki, bu gün aparılan danışıqlar və imzalarla inkişafın əsasını təşkil edən sənaye və texnologiya sahəsində iki ölkəni daha da irəli aparacağıq" deyib.
Sözügedən müqavilə ilə ticari və iqtisadi əlaqələrin güclənməsinə yimkan yaratdıqlarını ifadə edən Varank ikitərəfli ticarət həcminin artırılması istiqamətində əhəmiyyətli bir addım atıldığını vurğulayıb.
Varank bu müvaqilənin davamı olaraq Türkiyənin sənaye təcrübəsini Qırğızıstana daşımaq istədiklərini ifadə edərək, Qırğızıstanda Mərkəzi Sənaye Bölgəsi qurmaq üçün işə başlayacaqlarını söyləyib.
Qırğızıstanın enerji və sənaye naziri Doskul Bekmurzaev də Türkiyənin təcrübəsindən faydalanmaq üçün texnologiya və bilikləri Qırğızıstana ötürəcək Mərkəzi Sənaye Bölgəsi qurulmasına verdiyi dəstəyə görə nazir Varanka təşəkkür edib.
Nazlı