Qaradağ rayonunda şəhidin məzarı ziyarət olunub - FOTOLAR

7 Oktyabr 2021 16:25 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, aparatın əməkdaşları Ramiz Yusubov və Coşqun Şalyarov 06 oktyabr 2020 ci il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş Əzizov Elgün Elman oğlunun Müşfiqabad qəsəbəsindəki Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət edib, məzarı üzərinə çiçək və gül dəstələri qoyublar. SİA-ya məlumat YAP Qaradağ rayon təşkilatından verilib.

Mərasimdə xatirə şəkili çəkilib.