Biləsuvar rayonunda ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda mərdliklə döyüşən və qəhrəmancasına həlak olan olan Vətən övladlarının şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib.
Biləsuvar rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının rəhbərliyi və fəalları, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri 6 oktyabr 2021-ci il tarixdə 44 günlük Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenantƏkbərovOrxan Nadir oğlunun ildönümü ilə əlaqədar olaraq ailəsini ziyarət ediblər. Şəhidin əziz xatirəsinə həsr olunmuş barelyef-abidə kompleksinin açlışında iştirak edərək önünə gül dəstəsi düzmüşlər.
Daha sonra Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları və fəalları rayonun Əsgərabad kəndindən olan şəhid Bayramov Elmin Elməddin oğlunun ildönümü ilə əlaqədar olaraq ailəsini ziyarət etmiş və şəhidin məzarı üzərinə gül dəstələri düzmüşlər.
Allah rəhmət eləsin!
RƏFİQƏ
