Bu yağlar saçlar üçün çox faydalıdır - FOTOLAR

7 Oktyabr 2021 15:26 (UTC+04:00)

Sağlam saçlar əldə etmək üçün düzgün şampun və qulluq kremlərindən başqa təbii yağlardan da istifadə edə bilərsiz. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təbii yağlar saç tökülməsi, qırıq və kəpək kimi problemləri həll etməyə kömək edə bilər. Bundan əlavə, quru saçlarınızı nəmləndirə, saçlarınızın uzanmasına kömək edə bilər.

Hindistan qozu yağı

Son zamanlarda populyarlıq qazanan Hindistan qozu yağı həm saçlara, həm də dəriyə fayda verə bilər. Hindistan qozu yağında olan sağlam yağ turşuları və E vitamini saç böyüməsini təşviq edir, qidalandırır və nəmləndirir. Saçları da canlandırır və gücləndirir.

Zeytun yağı

Zeytun yağı bəlkə də saça yaxşı təsir edən yağlardan ən populyarıdır. Bu yağ saçları gücləndirməyə və kəpəyi aradan qaldırmağa kömək edir. Tərkibindəki A və E vitaminləri saçları nəmləndirir. Həmçinin saç tökülməsini azaldır, saçları qidalandırır və təbii uzanmasını dəstəkləyir.

Qara zirə yağı

Dibdən saç köklərinə təsir edən qara zirə yağı saçları gücləndirir və tökülməsinin qarşısını alır. Bundan əlavə, saçların ağarması prosesini ləngidir. Kəpək problemini həll etməyə kömək edir.

Arqan yağı

Son dərəcə məşhur saç baxımı məhsulu arqan yağdır. Arqan yağı tərkibindəki B və E vitaminləri sayəsində saçlarınıza parlaqlıq və yumşaqlıq əlavə edə bilər. İstəyirsinizsə, duşdan sonra saçlarınızın uclarına sürtərək saçınızı nəmləndirə bilərsiniz və ya maska ​​olaraq baş dərinizə çəkə bilərsiniz.

Rüqəyya Orucova