ABŞ-da sevgilisi ilə romantik görüş üçün geyindiyi şortik gənc qızın həyatını təhlükəyə atıb. SİA xarici mətbuata istinadən verdiyi məlumata əsasən ABŞ-n Şimali Kaliforniya əyalətində yaşayan 25 yaşlı Sam iki həftə əvvəl tanış olduğu insanla görüşə gedərkən dar cins şortik geyinib. Həmin gecə şortun dərisini kəsdiyi yerdə şişlik əmələ gəlib. Özünü yaxşı hiss etməyən gənc qız antibiotik qəbul edib. Lakin halı daha da pisləşib. Samı Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya apardıqda qanına zəhərlənmə keçdiyini öyrənib. O, reanimasiyaya yerləşdirilib.
Görüşdüyü oğlan bir həftə reanimasiyada müalicə olunan Samı tək qoymayıb. Hadisədən sonra birlikdə olan cütlük evlənməyə hazırlaşır.
Abutel İsmayıllı