Bu günlərdə Qobustan rayonunun Ərəbqədim kəndində toyda iştirak edirdim. Ömrümün ən duyğulu, kövrək və sevincli anlarından birini yaşadım. Gördüyüm mənzərə məni həm qəhərləndirdi, həm də sevindirdi. İkinci Qarabağ müharibəsində ayağının birini itirmiş qazi Rais “Süleymani” havası ilə yaralı qardaşı Zöhrabla oynayaraq məni rəqsə dəvət edirdi. Şükür sənə İlahi! Bu Raisdir?
Bəli, rəqs edən Rais idi. Əlbəttə, mən onlarla rəqs elədim, Rais mənə:
- Müəllim, siz deyən oldu. Biz birgə oynadıq.
Mən ona:
- Prezidentimiz deyən oldu!
18 dekabr 2020-ci ildə qazi Raisi ziyarət edərkən onunla söhbətimizi xatırladım. Hər iki qardaş Vətən müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yollanmışdı. Rais Vətən müharibəsində döyüşlərdə yaralanaraq ayağının birini itirmişdi. Pərviz Şuşanın alınmasında da iştirak edərək yaralanmışdı. Mən onlarda olan Vətən sevgisi, vətənpərvərlik, inam və ümiddən qürur duydum. Görüşümüzün sonunda mən Raisə bildirdim ki, narahat olma, hər şey yaxşı olacaq, Cənab Prezidentimiz Qarabağ qaziləri ilə görüşü zamanı onlara bildirdi ki, narahat olmayın, sizin səhətinizdə yaranan problemlər tezliklə aradan qalırılacaq, dövlətin sizə olan diqqət və qayğısı əbədidir. Mehriban xanım xaricdən Sizin üçün elə protezlər gətizdirib ki, geyin get futbol oyna. Mən Raisə dedim ki, bəli, sən də həmin protezlərdən geyinəcəksən, səhhətində olan bütün problemlər aradan qaldırılacaq və sağlam həyata qayıdacaqsan. Çox qısa bir müddət ərzində ölkə Prezidenti Cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, I vitse-prezident Mehriban xanım Əliyevanın qayğıları sayəsində Raisin və Qarabağ müharibəsində yaralanmış qardaşı Pərvizin səhhətindəki problemlər aradan qaldırılmış onlar sağlam həyata qayıtmışlar.
Qazi Süleymanov Rais Əzizxan oğlu ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə ”Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. İkinci Qarabağ müharibəsində şücaət göstərərək qəhrəmancasına vuruşmuş Süleymanov Pərviz Əzizxan oğlu isə ölkə Prezidentinin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, Qubadlının azad olunmasına görə”, “ Xocavəndin azad olunmasına görə” , Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüşümüzün sonunda Rais dedi:
- Mən Mehriban xanım Əliyevaya minnətdaram ona görə ki, mənim itirdiyim ayağımı, sağlamlığımı mənə qaytardı. Prezidentimə minnətdaram ki, mənə bu avtomobili hədiyyə etdi. Müsəlləh əsgər kimi Ali Baş komandanın hər bir əmrinə müntəzirəm, döyüşməyə hazıram! Qarabağ Azərbaycandır!
Rəfiqə