İnsulin, mədənin arxasında yerləşən orqanlarımızdan biri olan pankreasda istehsal olunan hormondur. Metabolizmanın düzgün işləməsi üçün insulin çox vacibdir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yemək və qəlyanaltılardan sonra, həzm sistemindəki qidalarda olan böyük karbohidratlar kiçik şəkərlərə parçalanaraq qan dövranına daxil olur. Karbohidratların bina bloku olan qlükoza qan şəkəri olaraq bilinir. İnsulin hormonu, qandakı şəkərin hüceyrələr tərəfindən alınmasını və enerji istehsalı üçün istifadə edilməsini təmin edir.
Həddindən artıq qan şəkəri hallarında, insulin hormonu bədəni qaraciyər və əzələ kimi müxtəlif orqanlarda artıq şəkər saxlamağa təşviq edir. Yeməklər arasında və stress vəziyyətlərində qan şəkərinin səviyyəsi normadan aşağı düşə bilər və bu hallarda saxlanılan şəkər istifadə olunur.
Zeytun yarpağının qan şəkərini aşağı salaraq balanslaşdırdığını bilirdinizmi? Diabet xəstələri üçün xüsusi olaraq insulin müqaviməti üçün çay reseptimiz:
Lazım olanlar: 1 çubuq darçın, 1 çay qaşığı yaşıl çay, 1 çay qaşığı zeytun yarpağı
Hazırlanması:
Qarışımı bir şüşə qaba qoyun. Üzərinə 250 ml qaynar su əlavə edin. 10 dəqiqə dəmlənməsi gərəklidir. Gündə 3-4 stəkan içə bilərsiniz. Yüksək təzyiqli xəstələrin diqqətlə qəbul etməsi tövsiyə olunur.
Rüqəyya Orucova