Bakının bəzi hissələrində su olmayacaq

7 Oktyabr 2021 10:17 (UTC+04:00)

Bu gün Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən SİA-ya verilən məlumata görə, məhdudiyyətlər magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.