Pakistan zəlzələsində ölənlərin sayı 20 nəfəri ötüb

7 Oktyabr 2021 07:36 (UTC+04:00)

Pakistanın Bəlucistan əyalətində baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb, 200-dən çox adam yaralanıb. SİA-nın məlumatına görə, bu barədə təbii fəlakətlərlə mübarizə üzrə İdarənin direktoru Nəsir Nəsir məlumat verib.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib və Kvetta şəhərindən təxminən 100 km məsafədə olub. Hökumət binaları da daxil olmaqla 100-dən çox ev uçub, bir çoxuna ziyan dəyib.