Alı Mustafayev küçəsində aparılan yenidənquruma işləri çərçivəsində oktyabrın 7-də səhər saatlarından axşam saatlarınadək Ziya Bünyadov prospektindən “3-cü mikrorayon” dairəsi istiqamətində (köməkçi hərəkət hissəsində) nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyindən SİA -a bildirilib ki, bu səbəbdən Alı Mustafayev küçəsinə daxil olan 7A, 7B, 67, 85, 199 və 211 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət istiqamətləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.