Türkiyə Burkina-Fasodakı hücumu sərt şəkildə qınayıb

7 Oktyabr 2021 00:20 (UTC+04:00)

Türkiyə Burkina-Fasonun Center-Nord bölgəsində çox sayda insanın ölümü və yaralanmasına səbəb olan hücumu sərt şəkildə qınayıb. . SİA bu barədə türk mətbuatına istinad edir.

Xarici İşlər Nazirliyinin mövzuyla bağlı açıqlamasında Centre-Nord bölgəsinin Yirgou qəsəbəsindəki hərbi düşərgəyə edilən hücumda 14 əsgərin şəhid olması və 7 əsgərin yaralanması təəssüf hissi ilə öyrənildiyi bildirilib.

Açıqlamada "Bu dəhşətli hücumu şiddətlə qınayırıq. Hücumda həyatını itirənlərin ailələrinə, dost və qardaş Burkina-Faso xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik" deyilib.