Cümhuriyyətin elan edilməsi ilə Türkiyə demək olar ki, hər sahədə böyük bir inkişaf prosesinə daxil oldu. Aviasiya da onlardan biri idi. Mustafa Kamal Atatürk Türkiyədə aviasiyanın inkişafına böyük əhəmiyyət verdi. 7 sentyabr 1925 -ci ildə Nazirlər Kabinetinin qərarı ilə 3,5 milyon lirə sərmayəsi olan bir şirkət quruldu.
Səhmlərin 51%-i Türkiyə Milli Müdafiə Nazirliyinə, 49 faizi Almaniyanın "Junkers" təyyarə zavoduna məxsus idi. Kayseri təyyarə fabriki üçün lazım olan materiallar Almaniyadan gətirildi. 6 oktyabr 1926-cı ildə bir dövlət mərasimi ilə açılan zavod 6 anqarda 50 türk və 120 alman işçisi ilə istehsalata başladı. Zavod qurulduğu zaman dünyanın ən böyük təyyarə zavodlarından biri idi.
Almaniya şirkəti qurulmasından iki il sonra, səhmlərini Türkiyə Aviasiya Birliyinə təhvil verdi və zavod bir müddət istehsalını dayandırdı. 1930-cu ildə yenidən açılan Kayseri təyyarə zavodunda 1942-ci ilə qədər 7 fərqli modeldə cəmi 212 təyyarə istehsal edildi. 1940-cı illərdə ABŞ-ın Türkiyəyə etdiyi “Marshall” yardımının təsiri ilə təyyarə zavodunda əvvəl istehsal dayandırıldı, sonra fabrik Hava Təchizat və Təmir Mərkəzi oldu.
Nazlı