5 bal gücündə zəlzələ baş verib

6 Oktyabr 2021 22:05 (UTC+04:00)

Yaponiyanın cənub-qərbində 5,5 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zəlzələ Osumi yarımadasında qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 17:13-də yerin 40 kilometr dərinliyində baş verib. Zəlzələ Kaqosima və Miyazaki əyalətlərində hiss edilib.

Qeyd edək ki, zəlzələdə ölən və yaralananlar, eləcə də şəxsi mülkə dəymiş ziyan barədə hələlik bir məlumat verilməyib.